Martın 26-na gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !