Şagirdləri maarifləndirən növbəti təlim keçirildi

16:40 | 20.05.2016
Şagirdləri maarifləndirən növbəti təlim keçirildi

Şagirdləri maarifləndirən növbəti təlim keçirildi


Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək” layihəsi çərçivəsində şagirdlərlə 2 görüşlərini 0.05.2016-cı il tarixində də davam etdirib. 

Budəfəki təlimin keçirilməsi üçün yenə də Zakir Əhmədov adına 64 saylı tam orta məktəb seçilmişdi. Təlim ənənəvi olaraq Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Təlimçi ilk oncə birinci təlimdə keçirilmiş dərsi xatırlayan düşündürücü suallarla sinfə müraciət etdi. Uşaqlar "yol nişanları nə üçündür”, "Piyadaların vəzifələri nədir” suallarına ətraflı cavablar verdilər. Daha sonra özündə yol hərəkəti qaydalarını əks etdirən şəkil ekranda göstərildi. Müəllim şagirdlərə şəkillər barədə suallar verdi. Şagirdlərdən Malik,Amin, Aytac, Nemət və digərləri verilən suallar ətrafında çıxıslar etdilər . 

Daha sonra təlim rəhbəri uşaqları hazırlanmış animasyon filmə baxmağa dəvət etdi. Filmi seyr etdikdən sonra müəllimə sinfə mövzu ilə əlaqədar olaraq yönəldici suallar verdi. "Biz yol hərəkəti qaydalarına niyə əməl etməliyik” "İzlədiyiniz videoçarx nə haqqındadır” şagirdlərdən Aytac, Nemət, Malik suallara cavab verdikdən sonra müəllim yenidən sinfə müraciət edərək mövzu ilə ilgili digər suallar verməyə başladı: "Qəzalar necə baş verir”, "Piyadalar nə etməlidir” kimi suallara Nemət, Aytac, Nərmin, Vəcihə, Ləman, Ayişə, Nurlan, Kəmalə, Gülər cavab verdi. 

Təlim müddətində həmçinin müəllimə Həcər xanım yol nişanları haqqında şagirdlərə bilgi verməyə başladı. Onlara yol hərəkəti qaydalarına əməl etməyin vacib olduğunu qeyd etdi. Sonra usaqlar qruplara bölünərək mövzu ilə əlaqədar olaraq qrup halında işləməyə başladılar. Təlimin rəhbəri Əli Cəfərov xüsusi olaraq bildirdi ki, uşaqların qruplara bölünməsi və qrup halında birgə işləməsində əsas məqsəd onlarda yaradıcı təfəkkürü inkişaf etdirmək və tədqiqatçılıq qabiliyyətlərini üzə çıxartmaqdır. 

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin müvafiq təlimləri davam etdiriləcək


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb