• $
  • £

Şahbuzda hərbi sursat aşkarlanıb

Şahbuzda hərbi sursat aşkarlanıb
08.12.2024 11:02
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Şahbuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.Bu barədə nazirlikdən bildirilib.
 
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
 
Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F1 əl qumbarası və onun partladıcı hissəsi, 11 ədəd TOZ-8 markalı tufəngin mərmisi, 10 ədəd AK-74 markalı avtomat silahının darağı, 2 ədəd işarə fişəngi, 1 ədəd elektrodetonator, PDM markalı zirehli döyüş maşınına məxsus 1 ədəd optik görmə cihazı, 744 ədəd 7.62 mm-lik və 313 ədəd 5.45 mm-lik avtomat mərmisi olduğu müəyyən edilib.
 
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
 
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
Cəmiyyət 20:27
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
AQTA-dan arıqlama məhsulları ilə bağlı çağırış
Cəmiyyət 18:52
AQTA-dan arıqlama məhsulları ilə bağlı çağırış
Sabah yağış yağacaq
Cəmiyyət 17:00
Sabah yağış yağacaq
Məhərrəmlik ayı sabah bitir
Cəmiyyət 16:48
Məhərrəmlik ayı sabah bitir
“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb
Cəmiyyət 16:32
“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Cəmiyyət 15:54
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Oğuzda 28 yaşlı kişinin meyiti evində aşkarlanıb
Cəmiyyət 15:49
Oğuzda 28 yaşlı kişinin meyiti evində aşkarlanıb
Hacıyev “TikTok” və “LinkedIn” nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Cəmiyyət 15:29
Hacıyev “TikTok” və “LinkedIn” nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
ANAMA: Bir həftədə azad edilmiş ərazilərdə 114 mina və 237 partlamamış sursat zərərsizləşdirilib
Cəmiyyət 15:11
ANAMA: Bir həftədə azad edilmiş ərazilərdə 114 mina və 237 partlamamış sursat zərərsizləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol