"Şahdağ"da bədbəxt hadisə: Türkiyə vətəndaşı öldü

13:52 | 03.01.2019

"Şahdağ"da bədbəxt hadisə: Türkiyə vətəndaşı öldü

Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

Anews.az Trend-ə istinadən xəbər verir ki, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM