• $
  • €
  • ₽
  • ₺
  • £

Şahin Mustafayev həmkarı ilə Qazaxın sərhədyanı ərazisində görüşəcək

Şahin Mustafayev həmkarı ilə Qazaxın sərhədyanı ərazisində görüşəcək
29.11.2023 12:38
Noyabrın 30-da Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Karvansara (İcevan) və  Qazaxın sərhədyanı ərazisindəki məntəqələrinin birində görüşəcək. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 
 
Bundan əvvəl Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi noyabrın 30-da sərhəddə demitasiya komissiyasının iclasının keçirilməsini təsdiqləyib. 
 
Noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycanla sülh sənədi üzrə əsas prinsiplər razılaşdırıldığını bildirib.
 
Oktyabrın 14-də Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında Ermənistan sülh sazişi ilə bağlı sənədin variantını iki aydan artıqdır ki gecikdirdiyini yazıb.
 
Oktyabrın 26-da Nikol Paşinyan mətbuata açıqlamasında yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalana biləcəyini deyib.
 
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistanın liderlərinin keçiriləcəyi görüşün təxirə düşdüyünü açıqlayıb. 
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yarandığını qeyd edib.
 
2020-ci ilin noyabrında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 


Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol