Şahin Zəkizadənin xanımından ürək ağrıdan paylaşım - VİDEO

11:39 | 18.02.2017
Şahin Zəkizadənin xanımından ürək ağrıdan paylaşım - VİDEO

Şahin Zəkizadənin xanımından ürək ağrıdan paylaşım - VİDEO

Dünən qan xərcəngindən həyatını itirən rejissor Şahin Zəkizadənin həyat yoldaşı onunla bağlı daha bir video paylaşıb. 
 
Baku.ws-in xəbərinə görə, sosial şəbəkələrdə bütün yaxınları və sevənləri Şahini göz yaşları içində yad edir, vaxtsız ölümündən təəssüfləndiklərini paylaşırlar. Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə öz İnstagram səhifəsində rejissorun 2014-cü ildə çəkildiyi videonu paylaşıb. Videoda Şahin Zəkizadə "Sensiz ben nefes alamam" mahnısını ifa edir. Səbinə xanımın paylaşımını olduğu kimi sizə təqdim edirik: 

"Tək, sənsiz qoydun bu gün məni, getdin. Heç istəmirdin, can yoldaşım, ömür yoldaşım. Qar elə yolları bağlamışdı ki. Bu video ürəyimi paramparça etdi. 2014-cü ildə yeni ailə qurmuşduq. Of, ay Şahin, tək oturmuşam sənsiz", - mərhum rejissorun həyat yoldaşı qeyd edib. 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb