“Salesforce” “Twitter”ə 16 milyard ödəməyə hazırdır

00:00 | 27.09.2016
“Salesforce” “Twitter”ə 16 milyard ödəməyə hazırdır

“Salesforce” “Twitter”ə 16 milyard ödəməyə hazırdır

ABŞ-ın proqram təminatı işləyib hazırlayan "Salesforce” şirkəti və digər iddiaçılar "Twitter”i satın almaq üçün 16 milyard dollardan çox vəsait ödəməyə hazırdır.
 
İKT.lent.az-ın xəbərinə görə, bu barədə "Bloomberg” agentliyi məlumat yayıb. "Twitter” hələlik rəsmi təklif almayıb. Lakin şirkətin rəhbəri Cek Dorsinin satışda maraqlı olmadığı bildirilir. Sövdələşmə baş tutarsa, o, vəzifədən gedə bilər. Son 6 il ərzində "Twitter”də 5 dəfə rəhbər dəyişikliyi baş verib.
 
"Bloomberg” bildirir ki, "Twiter”i alan təkcə mikrobloqun məlumat bazasına yox, problemlərinə də sahib olacaq.  
 
Qeyd edək ki, "Twitter”ə iddiaçılar arasında "Google”un da adı çəkilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb