Samir Şərifov ABŞ-da səfərdədir

11:44 | 11.10.2017
Samir Şərifov ABŞ-da səfərdədir

Samir Şərifov ABŞ-da səfərdədir

Bu gündən başlayaraq oktyabrın 15-nə qədər ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək.

"Anews.az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, toplantıda Azərbaycanı nazir Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

IMF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb