Saqqal saxladığına görə Azərbaycan millisindən qovuldu

15:50 | 03.02.2014
Saqqal saxladığına görə Azərbaycan millisindən qovuldu

Saqqal saxladığına görə Azərbaycan millisindən qovuldu

Yunan-Roma güləşi üzrə milli komandanın üzvü, Avropa çempionu Elçin Əliyev  komandanın təlim-məşq toplanışından qovulub. Publika.az xəbər verir ki, buna səbəb idmançının saqqal saxlaması olub. İdmançıdan saqqalını qırxmağı tələb ediblər, o isə bundan imtina edib. Bundan sonra idmançını təlim-məşq toplanışından uzaqlaşdırıblar. Ona deyiblər ki, yalnız saqqalını qırxdırandan sonra millinin heyətinə qayıda bilər. Məsələ ilə bağlı idmançının və federasiya rəhbərliyinin də mövqeyini öyrənmək istədik. Amma onlarla əlaqə saxlamaq mümkün olmadı. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM