Saqqalına görə yığmadan qovulan idmançı ilə bağlı açıqlama

13:20 | 04.02.2014
Saqqalına görə yığmadan qovulan idmançı ilə bağlı açıqlama

Saqqalına görə yığmadan qovulan idmançı ilə bağlı açıqlama

Güləş Federasiyasılndan bildirilib ki, Elçin Əliyevə FİLA-nın tələbi bildirilib

Azərbaycan Güləş Federasiyası Avropa çempionu Elçin Əliyevin saqqalına görə millidən qovulması məsələsinə aydınlıq gətirib. 

AGF-nin mətbuat xidmətindən verilən məlumata görə, idmançıya sadəcə (Beynəlxalq Güləş Federasiyası) FİLA-nın qaydası xatırlandıqda o, buna etiraz edərək məşqlərə gəlməkdən imtina edib. 

Belə ki, FİLA-nın qaydalarına əsasən rəqib üçün maneə yaradacaq uzunluqda saqqal saxlamaq qadağındır. Elçin Əliyevə də bu xatırlanaraq saqqılının azaldılması tövsiyyə olunub. Ancaq o, dinin onun üçün daha vacib olduğunu bildirərək məşqlərə gəlməkdən imtina edib. 

Federasiyadan həmçinin o, bildirib ki, güləşçi FİLA-nın tələbinə uyğun olaraq saqqalını azaldarsa yenidən məşqlərdə maneəsiz iştirak edə bilər. Qeyd edək ki, Elçin Əliyev Azərbaycan çempionatında mükafata layiq yer tutaraq beynəlxalq yarışlarda iştirak edəcək heyətə salınıb. Məşqlərdə iştirak etmədiyinə görə, idmançı avtomatik olaraq heyətdən də çıxarılıb. 

Xatırladaq ki, Avropa çempionu Elçin Əliyev açıqlamasında saqqalına görə təzyiqə məruz qaldığını bildirib. Elçin Əliyev sələfi təriqətinə mənsub olması şiə olan iranlı məşqçinin xoşuna gəlmədiyindən millinin düşərgəsini tərk etdiyini bildirib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM