Şarapova finala çıxa bilmədi - VİDEO

12:15 | 02.02.2014
Şarapova finala çıxa bilmədi - VİDEO

Şarapova finala çıxa bilmədi - VİDEO

Mariya yarımfinal oyununda digər rus tennisçisi Anastasiya Pavlyuçenkovaya 3 setin nəticəsinə görə uduzaraq final sevincini yaşaya bilməyib.

Fransanın paytaxtı Paris şəhərində keçirilən Açıq Tennis turnirində rus tennisçisi Mariya Şarapovanın bəxti gətirməyib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2013-cü ildə rus qadın idmançıları arasında “ən gözəl qız” nominasiyasının qalibi seçilən Mariya yarımfinal oyununda digər rus tennisçisi Anastasiya Pavlyuçenkovaya 3 setin nəticəsinə (4-6, 6-3, 6-4) görə uduzaraq final sevincini yaşaya bilməyib.

Xatırladaq ki, Pavlyuçenkova finalda Sara Errani (İtaliya) - Alize Korne (Fransa) cütlüyünün sahibi ilə görüşəcək. 

2014-cü ildə isə Şarapovanın Tennis turnirlərində ümumiyyətlə bəxti gətirmir. Belə ki, o, Avstraliyanın Brisben şəhərində keçirilən turnirdə yenə yarımfinala qədər adlamağına baxmayaraq ABŞ tennisçisi Serena Uilyamsa uduzmuşdu.

Qaynar.info

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM