Sarı zolaqlara ekspert baxışı - AÇIQLAMA

11:50 | 02.07.2015
Sarı zolaqlara ekspert baxışı - AÇIQLAMA

Sarı zolaqlara ekspert baxışı - AÇIQLAMA

"Paytaxtda nəqliyyat vasitələrinin sıxlığı varsa, bu variantlarla həll edilməli, rayon qeydiyyatı olan maşınların paytaxta buraxılmaması ilə yox” – bunu ANN.Az-a açıqlamasında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ekspert əvvəla paytaxta rayon qeydiyyatı olan maşınların buraxılmasını qadağan edilən müddətin artırılmasına heç bir ehtiyac olmadığı bildirib: "Bunun üçün ölkə vətəndaşlarını paytaxt əhalisi və ya qeyri-əhaliyə böləsi deyilik ki? Birinci, vətəndaşların ölkə ərazisində öz nəqliyyat vasitəsi ilə rahat gediş-gəlişini təmin etmək lazımdı. Paytaxtda nəqliyyat vasitələrinin sıxlığı varsa,  bu başqa variantlarla həll olunmalıdır”. 

Sarı zolaqlardan başqa hansı vasitə kimi istifadə olunması məsələsinə münasibət bildirən ekspert onların silinib, avtobuslar üçün yeni zolaq çəkilməsini daha məqsədəuğyun hesab edib: "Çoxları deyir ki, sarı zolaq saxlanılsın, o zolaqlardan avtobuslar hərəkət etsin. Bu çox yanlış fikirdi. Çünki ictimai nəqliyyat üçün zolaqlar yolun sağ tərəfində olmalıdır, sol tərəfində yox. Bununla yanaşı bu zolaqlar hər bir yolda yaradıla bilməz, bunun üçün müvafiq yollar olmalıdır. Qanunvericilikdə də nəzərdə tutulub ki, ictimai nəqliyyat vasitələri  üçün ayrıca zolaqlar yaradılmalıdır. Bunun üçün ilk öncə yolların genişliyi nəzərə alınmalıdır. Yəni ictimai nəqliyyat vasitələri üçün zolaq çəkilirsə, həmin yolda ən azı eyni istiqamətdə 3 hərəkət zolağı olmalıdır. Paytaxt Bakıda ictimai nəqliyyat vasitələri zolaqlarının çəkilməsi üçün bəzi küçələr yəni 5-10 küçədə bu zolaq çəkilə bilər”. 

Bu zolaqların çəkilməsi üçün ilk öncə avtobus sürücülərin mədəniyyətinin, etikasının nəzərə alınmalı olduğu deyən ekspert sürücülərin qanun-qaydalara riayət etməsindən danışıb: "Əgər bir sürücü  yolda hərəkət zamanı işıqforun qırmızı işığına əməl etmirsə, qoşa xətt qaydasına riayət etmirsə, "Yol hərəkəti” haqqında qanunun bir maddəsini belə bilmirsə, onun üçün nə ayrıca zolaq yaradılmalıdır? Hər bir işə başlanğıcdan, yəni mədəniyyətdən başlamaq lazımdır”.

Ekspert beynəlxalq təcrübədə icitmai nəqliyyat vasitələri üçün ayrıca zolağın yaradılmasını çox effektiv üsul kimi qəbul edildiyini deyib: "Bu həm də ictimai nəqliyyatın fasiləsiz hərəkəti üçün istifadə edilən ən yaxşı variantlardan biridir”.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM