Sarkisyanın məhkəməsi keçirildi

20:00 | 26.02.2020
Sarkisyanın məhkəməsi keçirildi

Sarkisyanın məhkəməsi keçirildi

İrəvan məhkəməsində Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəməsi keçirilib.
 
Pravda.az-ın xəbərinə görə, hakim Vaqe Misakyanın sədrliyi ilə keçirilən məhkəmədə S. Sarkisyanın vəkillərinin dövlət ittihamçısı Arsen Martirosyanın prosesdən kənarlaşdırılması ilə bağlı vəsatəti təmin edilməyib.
 
İş yükünün çoxluğuna görə növbəti məhkəmə iclası martın 26-na təyin edilib.
 
Qeyd edək ki, yanvar ayının sonunda S. Sarkisyanın cinayət işi baxılması üçün İrəvan məhkəməsinə göndərilib.
 
Xatırladaq ki, cinayət işi üzrə daha 4 nəfər ittiham olunur. Onlardan biri "Fleş" neft şirkətinin rəhbəri, iş adamı Barseq Beqlaryandır.
 
Ermənistanın 3-cü prezidenti olan S. Sarkisyan 2008-ci ildən 2018-ci ilə kimi ölkəyə rəhbərlik edib. S. Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. S. Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun ölkədən çıxışına qadağa qoyulub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb