Sarkozi: Rusiya ilə eyni koalisiyada birləşmək lazımdı

19:00 | 15.11.2015
Sarkozi: Rusiya ilə eyni koalisiyada birləşmək lazımdı

Sarkozi: Rusiya ilə eyni koalisiyada birləşmək lazımdı

"Biz müharibə vəziyyətindəyik. Bizi müharibəyə cəlb edirlər”.
 
APA-nın Avropa müxbirinin məlumatına görə, bunu Xalq Hərəkatı Birliyi Partiyasının sədri, Fransanın sabiq prezidenti Nikola Sarkozi  prezident Ollandla görüşdən sonra deyib.
 
O bildirib ki, terror hadisələrinin davam edəcəyi riski hələ də qalmaqdadır: "Biz hamımız birləşib İŞİD-i məhv etməliyik. O cümlədən Rusiya ilə də birləşmək lazımdı, bu məsələdə iki ayrı koalisiyaya ehtiyac yoxdur”.
 
N. Sarkozi Avropanın təhlükəsizlik siyasətində dəyişikliklərin edilməsinin lazım olduğunu bildirib.
 
O, həmçinin, Avropanı yeni immiqrasiya siyaseti işləyib hazırlamağa çağırıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti