Sarqsyan Qarabağda müharibə təhlükəsindən danışdı

16:56 | 15.09.2015
Sarqsyan Qarabağda müharibə təhlükəsindən danışdı

Sarqsyan Qarabağda müharibə təhlükəsindən danışdı

Erməni prezident KTMT üzvlərinə şikayət etdi.

Ermənistan və Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi regionda sabitliyin pozulmasına aparır, erməni prezident Serj Sarqsyan çərşənbə axşamı bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının Tacikistanın paytaxtında keçirilən iclasında çıxış edən Sarqsyan KTMT dövlət başçılarının dar tərkibdə əsas məsələləri müzakirə etdiklərini və bu müzakirələrin "ənənəvi olaraq, açıq-etibarlı xarakter daşıdığını” vurğulayıb.

"Mən KTMT-yə üzv dövlətlərin başçılarını Cənubi Qafqaz regionunda vəziyyətlə, Ermənistan-Azərbaycan sərhədi və Azərbaycan-Qarabağ təmas xəttində gərginliyin xeyli artması təhlükəsi ilə bağlı məlumatlandırdım.

Mən bu məsələnin üzərində təkrarən dayanmaq istəmirəm, yalnız onu qeyd edəcəm ki, beynəlxalq ictimaiyyətin adekvat reaksiyasının olmaması fonunda Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdləri bütün regionda vəziyyətin sabitliyinin pozulması ilə nəticələnə bilər”, - deyə, Sarqsyan bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb