Saymon Kleq: “2019-cu ildə daha çox idman növü üzrə yarışlar aparılacaq”

12:27 | 22.06.2015
Saymon Kleq: “2019-cu ildə daha çox idman növü üzrə yarışlar aparılacaq”

Saymon Kleq: “2019-cu ildə daha çox idman növü üzrə yarışlar aparılacaq”

"Biz Olimpiya Oyunlarını təkrar etmək istəmirik. Avropa Oyunları bir yenilikdi" - bunu  Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransında deyib. 

Bakının "Hilton” hotelində Saymon Kleq və "Bakı-2015”in iştirakçısı olan digər iki basketbolçu yerli və əcnəbi media nümayəndələrinin suallarını cavablandırıb. 

S. Kleq Avropa oyunlarının təşkili zamanı görülən işlərdən razılığını bildirib: "Məşəl qoruyanlar öz işlərini çox yüksək səviyyədə yerinə yetirir, nəqliyyat işlərində də vəziyyət yaxşıdı. İdmançılar vaxtlı-vaxtında arenalara çatdırılırlar”. 

O, yeniliklərin qiymətləndirilməsi sualını cavablandırarkən oyunlar bitdikdən sonra münsiflər heyəti tərəfindən bu məsələyə dəyər veriləcəyini qeyd edib.

Daha sonra üzgüçülük və gimnastika növləri üzrə yarışa qatılan idmançıların peşəkarlıq səviyyələrinin aşağı olması məsələsinə münasibət bildirib və qeyd edib: "Ola bilər ki, bu idmançılar Olimpia səviyyəsində deyil, amma bu idman növünün hansı səviyyədə keçirilib-keçirilməməsi ümumi işə heç bir ziyan vurmayıb”.

Hakimlərin oyunlardakı qərarlarının rəhbərlik etdikləri təşkilata aidiyyatı olmadığını deyən Saymon Kleq bu məsələni onların müvafiq təşkilatlarının müzakirə obyekti olduğunu vurğulayıb: "Bunu onların öz təşkilatları müzakirə edə bilər, biz yox”.

Avropa oyunlarının ilbəil daha da genişlənəcəyini bildirən rəsmi 2019-cu ildə Olimpiadada daha çox idman növü üzrə yarışların aparılacağını bildirib.

Biletlərin ikinci əldən satılması məsələsinə gəlincə, S.Kleq bu halın baş verməsini oyunlara olan maraqla əlaqələndirib: "Avropa Olimpia Oyunları hər kəsdə maraq yaradıb, ona görə ikinci əldən bilet alış-verişi halı baş verir. Amma bu o demək deyil ki, biz belə hallara nəzarət etmirik. Açılış mərasimində 50 faizdən çox biletlərin qiyməti 20 manatdan aşağı olub”.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb