Şöbə rəisi: "Azərbaycanda 5 minə yaxın qanunsuz miqrant var"

12:55 | 23.05.2016
Şöbə rəisi:

Şöbə rəisi: "Azərbaycanda 5 minə yaxın qanunsuz miqrant var"

 "Azərbaycanda son 11 ildə 646 insan alveri qurbanları aşkar edilib. Bunlardan 7 faizi əcnəbi və vətəndaşlığı olmayan şəxlərdir”.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin Miqrasiyaya Nəzarət Baş İdarəsinin şöbə rəisi Qüdrət Məmmədov deyib.

O bildirib ki, əcnəbi vətəndaşlar Azərbaycana leqal və qeyri-leqal yolla daxil olurlar: "Azərbaycanın hüquq-mühafizə orqanlarının son illər keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq ölkəmizə qeyri-leqal yolla daxil olan əcnəbilərin sayı azalıb. Əvvəlki illərdə ölkəmizə Banqladeş və Pakistan vətandaşları qanunsuz miqrant kimi daxil olublar. Son 6 ay ərzində Yaxın Şərq-Türkiyə-Azərbaycan marşurutu ilə Avropaya qanunsuz miqrant axını halları qeydə alınıb. Bu da Azərbaycanın tranzit ölkəyə çevrilməsinə gətirib çıxarır. Hüquq-mühafizə orqanları əməkdaşları 5 mütəşəkkil dəstə zərərsizləşdirib. Saxlanılanlar arasında Azərbaycan vətəndaşları olmayıb. Əsasən həmin qanunsuz miqrantların öz ölkələrindən olan şəxslər olub. Azərbaycanda 5 minə yaxın qanunsuz miqrant var”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb