Seçkilərlə bağlı ikinci məlumat - Seçici fəallığı

12:54 | 11.04.2018
Seçkilərlə bağlı ikinci məlumat - Seçici fəallığı

Seçkilərlə bağlı ikinci məlumat - Seçici fəallığı

Seçicilərin 18,71 faizi səs verib.

Axar.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, saat 10:00-a qədər ölkə üzrə seçicilərin 994 min 196 nəfəri, yaxud 18,71 faizi səs verib.

Ölkə üzrə 125 seçki dairəsinin və 5605 seçki məntəqəsinin hamısı hesabat verib.

***

Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 12:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 39,39 faizinin, yaxud 2 milyon 933 min 43 nəfərinin səs verdiyini bildirib.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsi mövcuddur. Seçicilərin ümumi sayı isə 5 milyon 314 min 365 nəfərdir. Saat 12:00-dək 125 seçki dairəsinin hamısı, 5641 seçki məntəqəsinin isə 5615- hesabat verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM