"Səfir olsam, Azərbaycanı necə təbliğ edərdim" layihəsi sona çatdı

12:38 | 21.12.2015

"Səfir olsam, Azərbaycanı necə təbliğ edərdim" layihəsi sona çatdı

"Səfir olsam, Azərbaycanı necə təbliğ edərdim" layihəsində ölkənin 12 media qurumu təmsil olunub.
 
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Demokratik İslahatçı Gənclər İctimai Birliyinin həyata keçirdiyi bu layihə sona çatıb. 

ANN.Az xəbər verir ki, layihə çərçivəsində Gəncə İsmayıllı və Bakıda bir sıra dəyirmi masalar keçirilmiş gənclər, peşəkar media mənsubları, ictimai fəallarla müzakirələr aparılib. 

Layihə rəhbəri Vüsalə Hüseynli bildirib ki, əsas məqsəd Azərbaycan həqiqətlərini, Qarabağ problemini dünyaya daha yaxından tanıtmaq məqsədilə mətbu sözün təsir gücündən səmərəli istifadəyə nail olmaq, eləcə də Azərbaycan haqqında Beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərmək olub.

Layihə çərçivəsində bir qrup jurnalistin Gəncə və İsmayıllıya səfərləri təşkil olunub: "Layihə çərçivəsində Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından çox maraqlı təkliflər irəli sürülüb. Həmin təkliflər layihənin donoruna və lazımi qurumlara təqdim olunacaq. Eyni zamanda layihə çərçivəsində "Yeni Azərbaycan" qəzeti, "Lent.az", "Azvizion.az", "Gun.az", "Modern.az", "ANN.Az", "Report.az", "Kaspi.az", "Aznews.az", "Strateq.az", "Qaynar.info" saytları bu layihədə bizimlə əməkdaşlıq ediblər". 

Orxan Aslanlı
 
 


 
 
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür