Səfirlik qarşısında yeni toqquşmalar baş verdi

21:48 | 18.09.2016
Səfirlik qarşısında yeni toqquşmalar baş verdi

Səfirlik qarşısında yeni toqquşmalar baş verdi

Bu gün Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə yerləşən səfirliyi qarşısında yeni toqquşmalar baş verib.

"Report" xəbər verir ki, bu barədə "112 Ukraina" məlumat yayıb.

Etirazçılardan biri polis əməkdaşları tərəfindən saxlanılıb. Asayişin qorunması üçün Rusiya səfirliyi binasının qarşısına Milli Qvardiyanın əlavə qüvvələri cəlb olunub.

"Rusiyanın Kiyevdəki səfirliyi qarşısında "Azadlıq" Ümumukrayna Birliyinin nümayəndələri ilə polis arasında yeni toqqşumalar baş verib, bir etirazçı səfirliyin bayır qapısından çıxan Rusiya vətəndaşına yumurta atdığına görə saxlanılıb. Səfirlik qarşısına Milli Qvardiyanın əlavə qüvvələri cəlb olunub. Bütün fəallar Ukrayna ərazisində Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərə qarşı çıxış edirlər", – deyə məlumatda bildirilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM