Şəhid anası fəryad edir - VIDEO

14:14 | 20.07.2017
Şəhid anası fəryad edir - VIDEO

Şəhid anası fəryad edir - VIDEO

Insanlar dünyanı dərk etdiyi andan müxtəlif məqsədlərlə yaşamağa başlayırlar. Kimi bu həyatda qalib, kimi məğlub olur. Kimisinə qazi, kimisinə  də şəhidlik zirvəsinə qalxmaq qismət olur.

Qədimov Zülfi Rəhim oğlunun taleyinə də sanki Ağdamdan məcburi köçkün düşüb daha sonra böyüyüb düşməndən qisas almaq yazılmışdı.

Hədəf14.az xəbər verir ki, Q.Zülfi ömrünün nə az nə çox, düz on ilini hərbidə qurban edib. Vətən, torpaq uğrunda döyüşərək o, 2017-ci ilin fevral ayının 24 də şərəfli sonluqla, yəni şəhidliklə ömrünü başa vurub.  

Ailədə 3 qardaş olan şəhidimiz ailəsiylə birgə 1993-cü ildə Ağdamdan məcburi köçkün olaraq Beyləqan rayonun Bolsulu kəndində ferma ərazisinə sığınıb. Ömürlərinin 20 ilini anti-sanitar, şəraitsiz. insan yaşaması üçün heç bir imkanı olmayan yarımtikili daxmada keçiriblər. Hazırda həmin daxmada 2 azyaşlı uşağın böyüdüyünü nəzərə alsaq bu olduqca acınacaqlı durumdan xəbər verir . Gələcəyimiz olan o iki körpə nəmişlik qoxan, böcəklərin evin ortasında rahat gəzməsi, qazı suyu olmayan bir şəraitdə böyüyən körpələrin hətta getməyə uşaq bağçaları yoxdur. Bütün bunlar kənardan bu ailənin cəmiyyətdən təcrid olduğunu düşünmək olar.

Ümid edirik ki, məsələ dərindən araşdırılıb aydınlıq gətiriləcək. Eyni zamanda ailəyə lazımı dəstək göstəriləcək.
 

 
Şəhidin atası Rahim Qədimov və anası Neyxanım prezident İlham Əliyevə, birinci vitze-prezident Mehriban Əliyevaya və digər aidiyyatı şəxslərə səslənərək onlara yardım edilməsini xahiş edirlər. Hədəf14.az həmin video müraciəti sizə təqdim edir.  
 
 








 
Xatun Etibarqızı 
Hədəf14.az.üçün


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb