Şəhid olan əsgərin medalı anasına təqdim olunub

15:42 | 20.05.2016
Şəhid olan əsgərin medalı anasına təqdim olunub

Şəhid olan əsgərin medalı anasına təqdim olunub

 Zaqatala rayonunda Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgərinin təltif olunduğu medal anasına təqdim edilib.

"Report" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şəhidin doğmaları, Müdafiə Nazirliyinin (MN) rəsmiləri, Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Ordusunun şəhid olan 19 yaşlı əsgəri Rəvan Nurayevin Vətənə, xalqa sədaqətli övlad olmağından danışılıb. Bildirilib ki, Rəvan Nurayev bu il aprelin əvvəlində təmas xəttində gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib və ölümü ilə Vətənə layiq övlad olduğunu bir daha təsdiqləyib.

Müdafiə naziri general-palkovnik Zakir Həsənovun əmri ilə şəhidin təltif olunduğu "3-cü dərəcəli xidmətə görə" medalı anasına təqdim edilib.

Qeyd edək ki, şəhid gizir Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Onun cənazəsi doğulduğu Zaqatala rayonu Muxax kənd qəbiristanlığında torpağa tapşırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb