“Sehrli xalat”ın 50 illik yubileyidir

09:44 | 03.11.2014
“Sehrli xalat”ın 50 illik yubileyidir

“Sehrli xalat”ın 50 illik yubileyidir

Noyabrın 5-də Nizami Kino Mərkəzində bir neçə nəslin sevimli ekran əsəri olan, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq.Kinostudiyadan verilən məlumata görə, yubiley axşamında filmdə çəkilmiş qüdrətli sənətkarlar yad ediləcək, çəkilişlərlə bağlı maraqlı hadisələrdən danışılacaq. Filmdəki ifaçılar arasında xaricdə yaşayan bir neçə nəfər, o cümlədən baş qəhrəman Azər Qurbanov yubileydə iştirak etmək üçün Bakıya gələcək.“Sehrli xalat” filmi ilə bağlı tədqiqat işinin müəllifi rusiyalı kinoşünas Andrey Vyatkin maraqlı fikirlərini bölüşəcək.//AzərTAc
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb