Şəkidə ən böyük regional forum olacaq - RƏSMİ MƏLUMAT

18:03 | 24.11.2014
Şəkidə ən böyük regional forum olacaq - RƏSMİ MƏLUMAT

Şəkidə ən böyük regional forum olacaq - RƏSMİ MƏLUMAT

28-29 noyabr 2014-cü ildə Şəkidə Könüllülük üzrə Gənclərin Birinci Regional Forumu keçiriləcək.

Şəki şəhər İcra Hakimiyyəti, Şəki Gənclər və İdman İdarəsi, YAP Şəki Təşkilatı və Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyinin təşkil etdiyi iki günlük forumda 240 gənc iştirak edəcək.

Forum təşkilatçılarının bildirdiyinə görə, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllıdan gənclərin qatılacağı forum 3 paneldən ibarət olacaq.

Ölkənin gənclər sektorunda fəaliyyət göstərən əsas təşkilatlarının rəhbərləri, aidiyyatı qurumların nümayəndələrinin iştirak edəcəyi forumda məqsəd region gənclərinə könüllülük prinsipini aşılamaqdır.

Artıq son hazırlıq prosesi aparılan regional forum Şəkidəki Olimpiya Kompleksində keçiriləcək.

Dəvətlilərin qeydiyyatı elə forumun ilk günündə olacaq.

Könüllülük üzrə Gənclərin Birinci Regional Forumunun informasiya tərəfdaşı "TX GROUP"-dur. Maraqlananlar forum barədə xəbərləri mütəmadi olaraq Tezxəbər İnformasiya Portalında əldə edə biləcəklər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb