Səməd Seyidov AŞPA-da Sarkisyanı susdurdu

16:40 | 24.01.2018
Səməd Seyidov AŞPA-da Sarkisyanı susdurdu

Səməd Seyidov AŞPA-da Sarkisyanı susdurdu

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov Ermənistan prezidenti Serj Sarkisyana sual ünvanlayıb.

AzVision.az xəbər verir ki, S.Seyidovun Xocalı soyqırımı ilə bağlı sualı AŞPA-nın bugünkü sessiyasında çıxış edən Sarkisyanı çətin vəziyyətə salıb.

"Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Nə üçün Xocalı soyqırımından danışmadınız? O soyqırımda uşaqlar, yaşlı insanlar, qadınlar daxil olmaqla ermənilər tərəfindən təxminən 600 nəfər öldürülüb.

Siz beynəlxalq ictimaiyyəti aldatmağa çalışırsınız. Nə bu təşkilatın, nə də digər təşkilatların qətnamələrini yerinə yetirirsiniz. Bu təşkilatda, BMT, Avropa İttifaqı və digər qurumlarda Azərbaycan torpaqlarının işğalı barədə danışılıb. Siz bu təşkilatlardan heç kimi qəbul etməyə hazır deyilsiniz”, - deyə Səməd Seyidov qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM