Azərbaycan prezidenti İlham Əliyevlə Cenevrədəki görüşündən dərhal sonra Ermənistan prezidenti Serj Sarkisyan İsveçrə Konfederasiyasındakı Ermənistan səfirliyində erməni diasporunun nümayəndələri ilə etdiyi söhbətlərin nəticələri barədə danışıb. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti bildirib.
"Bir neçə dəqiqə bundan əvvəl Azərbaycan prezidenti ilə görüş başa çatıb: problemin həlli variantları ilə bağlı, belə desək, hər hansı konkret razılaşma yoxdur. Lakin biz qərara aldıq ki, gərginliyin azaldılması üçün tədbirlər görək ki, ön cəbhədə qurbanlar olmasın. Deməliyəm ki, həm Azərbaycan prezidenti, həm də mən bunda çox maraqlıyıq”, – Ermənistan prezidenti deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !