Seysmoloq gələn ildən güclü zəlzələlərin sayının artacağını proqnozlaşdırır

13:20 | 20.11.2017
Seysmoloq gələn ildən güclü zəlzələlərin sayının artacağını proqnozlaşdırır

Seysmoloq gələn ildən güclü zəlzələlərin sayının artacağını proqnozlaşdırır

2018-ci ildə Yer üzündə güclü zəlzələlərin sayı xeyli arta bilər.

Yer üzündə 2018-ci ildə güclü zəlzələlərin sayı xeyli arta bilər.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu proqnozu Boulderdə yerləşən Kolorado Universitetinin geofiziki Rocer Bilham 1900-cü ildən bəri gücü 7 baldan çox olan zəlzələlərin statistikasını tədqiq edərək verib.

"Geophysical Research Letters" jurnalında nəşr olunan araşdırmasının nəticələrini elm işçisi bu yaxınlarda Amerika Geologiya Cəmiyyətinin son konfransında təqdim edib.

Müşahidələr göstərib ki, Yerin öz oxu ətrafında fırlanma sürəti daxili səbəblərə görə bir qədər azalırsa, zəlzələlərin sayı artır.

"XX əsrdə zəlzələlərin sayının orta göstəricidən xeyli artıq olduğu beş belə dövr olub. Bu dövrlərdə ildə 25-30 güclü zəlzələ olub. Qalan vaxtlarda isə bu göstərici 15təşkil edir", - geofizik bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb