Sezen Aksudan hicab açıqlaması: "Öküzlər"

21:04 | 30.09.2014
Sezen Aksudan hicab açıqlaması: "Öküzlər"

Sezen Aksudan hicab açıqlaması: "Öküzlər"

Türkiyə musiqisinin kraliçası hesab olunan Sezen Aksu ötən axşam Hərbiyə Açıq Hava Teatrında verdiyi konsert zmanı maraqlı açıqlamaları ilə yadda qalıb.ANN.Az xəbər verir ki, o, cəmiyyətdə müzakirə olunan “qapalı geyim” mövzusuna toxunub. Sezen Aksu səhnədə iki dəfə "Bizi örtəcəyinizə, öz nəfsinizi tərbiyə edin, öküzlər"  deyib.     Yağışlı havaya baxmayaraq 5 min adamın izlədiyi konsertdə Sezen Aksuya, tələbəsi və eyni zamanda son zamanlar Türkiyədə, elə Azərbaycanda da sevilə-sevilə dinlənilən Mustafa Ceceli yoldaşlıq edib. Konsert zamanı Sezen Aksu sənəti tərk edəcəyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. O, 2015-ci ildən səhnə ilə ayrılacağını bir daha bəyan edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM