Silk Way Helicopter Services onlayn sifariş xidmətini təqdim edir

16:25 | 27.04.2016
Silk Way Helicopter Services onlayn sifariş xidmətini təqdim edir

Silk Way Helicopter Services onlayn sifariş xidmətini təqdim edir

Silk Way Helicopter Services (SWHS MMC) kommersiya helikopter şirkəti Azərbaycanda ilk dəfə olaraq helikopter aviadaşımalarının onlayn sifarişi xidmətini təqdim edir.

SWHS şirkətinin rəsmi internet saytında fiziki və hüquqi şəxslərə çarter və özəl uçuşların onlayn sifarişi təklif olunur. Bütün sərnişinlərə uçuş müddətində sığorta verilir.

Xidmətin göstərilməsi üçün müraciətlərə üç iş günü ərzində baxılır.

Qeyd edək ki, SWHS şirkəti 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları zamanı helikopterdən foto və videoçəkilişlər təşkil etmişdir.

Onlayn sifariş forması ilə aşağıdakı linkdə tanış olmaq olar: http://www.swhs.az/az/online-booking/

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb