Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər sürətlənir

22:25 | 26.05.2016
Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər sürətlənir

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər sürətlənir

Nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindəndir.

Oxu.Az xəbər verir ki, bu barədə İranda səfərdə olan İqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşündə bildirilib.

Qeyd edilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.

Aprel ayında dəhlizin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub.

Məlumata görə, dəmir yolu körpüsünün tikinti xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək.

Ümumiyyətlə, 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşdırılması nəzərdə tutulur.

Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin tikintisi üzrə də danışıqlar aparılır. Belə ki, artıq Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin böyük hissəsi yekunlaşıb.

164 km-lik Rəşt-Astara (İran) dəmir yolunun həyata keçirilməsi üzrə danışıqlar davam etdirilir. Bu məqsədlə Azərbaycan tərəfindən İşçi Qrupu yaradılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb