Şimali Koreya ballistik raketi sınaqdan keçirdi

17:48 | 09.04.2016
Şimali Koreya ballistik raketi sınaqdan keçirdi

Şimali Koreya ballistik raketi sınaqdan keçirdi

Şimali Koreya qitələrarası ballistik raketin mühərrik sistemini uğurla sınaqdan keçirib.
 
APA-nın STAK dövlət agentliyinə istinadən məlumatına görə, sınaqlara şəxsən Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.
 
"Tədqiqatçılar və mühəndislərimiz tərəfindən qısa müddət ərzində qitələrarası ballistik raketin mühərriki işlənib hazırlanaraq uğurla sınaqdan keçirilib”, dövlət agentliyinin məlumatında deyilir.  
 
Şimali Koreya ilin əvvəlindən Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb. Bununla bağlı BMT Təhlükəsizlik Şurası BMT Təhlükəsizlik Şurası martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb