Şimali Koreya nüvə poliqonunu dağıdır

11:45 | 23.05.2018
Şimali Koreya nüvə poliqonunu dağıdır

Şimali Koreya nüvə poliqonunu dağıdır

Şimali Koreya sabah nüvə-sınaq poliqonunun dağıdılması işlərinə start verəcək. Prosesin 3 gün davam etməsi gözlənilir.

Axar.az xəbər verir ki, poliqonun dağıdılması prosesini izləmək üçün ABŞ, Rusiya, İngiltərə və Çindən olan jurnalistlər Şimali Koreyaya yollanıb. Cənubi Koreyalı jurnalistlərinə isə Şimali Koreya viza verməyib.

CNN poliqonun dağıdılması prosesi zamanı Şimali Koreyanın nüvə potensialına dair bəzi məlumatların məhv edilmə riski olduğunu yazıb. Xəbərdə diqqət çəkən bir digər məqam isə heç bir kimyəvi silah mütəxəssisinin poliqonun sökülməsi prosesini izləmək üçün dəvət edilməməsi olub.

"Bu hadisə cinayət yerinə müstəntiq əvəzinə adi insanların göndərilməsinə bənzəyir. Şimali Koreya bütün testlərini bu ərazidə həyata keçirib. Əgər mütəxəssislərin bu tunelə girməsinə icazə verilsəydi, bu bizim üçün kəşfiyyat bayramı olardı”, - Şimali Koreya üzrə mütəxəssis Bryus Beçtol deyib.

Xatırladaq ki, ABŞ-la Şimali Koreya arasında danışıqlar çərçivəsində Pxenyan nüvə silahının yaradılması prosesindən imtina etməyə hazır olduğunu və buna görə də poliqonun dağıdılacağını açıqlamışdı.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM