Simeone: “Torres “Atletiko”ya qayıtmaq istəyir”

22:01 | 15.04.2014
Simeone: “Torres “Atletiko”ya qayıtmaq istəyir”

Simeone: “Torres “Atletiko”ya qayıtmaq istəyir”

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Onda Cero" radiosuna maraqlı açıqlamalar verib.Qol.Az-ın məlumatına görə, o, futbolçusu Dieqo Kostanın bu il "Qızıl top" mükafatına namizədlərdən biri olacağını deyib. Argentinalı çalışdırıcı hücumçuya "Çelsi"dən gələn təklifə də münasibət bildirib: "Çelsi"nin onu istəməsi məni çox sevindirdi. Futbolçularımın daha zəngin klublara transfer olmasında problem görmürəm".Arda Turan haqda da danışan Simeone deyib ki, komandaya gəldiyi zaman heç kəs türk yarımmüdafiəçinin həm də müdafiədə oynayacağını  bilmirdi: "Ancaq onun bunu bacara biləcəyini hər kəsə sübut etdik".Təcrübəli çalışdırıcı son zamanlar adı "Atletiko" ilə hallanan "Çelsi"nin futbolçusu Fernando Torreslə tez-tez danışdığını söyləyib:"O, "Atletiko"ya qayıtmaq istəyir" – deyə Simeone bildirib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb