Siyavuş Novruzov: Gələn ilin büdcəsindən Prezidentin ehtiyat fonduna əlavə pul ayrılsın
Gələn ilin büdcəsindən Prezidentin ehtiyat fonduna əlavə pul ayırlması nəzərdə tutulmalıdır. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
"Gözə görünməyən hadisələr, təbii fəlakətlər xəbərsiz baş verir. Hesab edirəm ki, Prezidentin ehtiyat fonduna əlavə pul ayrılmasına ehtiyac var. Bundan əlavə veteranlara ayrılan 80 manatının atırılması da yaxşı olar”, - deputat noyabrın 6-da Milli Məclisdə Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar suyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deyib.
www.anews.az

Deputat təklif edib ki, ünvanlı sosial yardımların verilməsi məsələsinə yenidən baxılmalıdır. Yoxsa ələbaxımlılıq vərdişləri yaranır. Novruzov həmçinin vurğulayıb ki, ipoteka kreditlərinin qiyməti rayon və şəhərlər arasında fərqli olmalıdır. Həmçinin bölgələrdə sosial evlər tikilməlidir.
Gülnar Nazimqızı
www.anews.az