Siz iphone 6-nın qiymətindən razısınızmı? - VİDEO SORĞU

13:09 | 24.09.2014
Siz iphone 6-nın qiymətindən razısınızmı? - VİDEO SORĞU

Siz iphone 6-nın qiymətindən razısınızmı? - VİDEO SORĞU

iPhone 6 və iPhone 6 Plus smartfonları Azərbaycanda satışa daxil olub."Yeni modellər şənbə günü axşam Azərbaycana gətirilib və səhər mobil əlaqə salonlarında smartfonların satışları başlanılıb", - Caspian Mobile-da ANN.Az-a belə dedilər.Şirkətdən həmçinin bildirdilər ki, iPhone 6 smartfonu 2 min dollar qiymətə ərsəyə gəlir (1568,8 manat), iPhone 6 Plus isə - 2500 dollara (1961 manat).Eyni zamanda yerli onlayn mağazalardan birində iPhone 6 smartfonları 1,289 manat qiymətə, iPhone 6 Plus isə 2289 manat qiymətə təklif edilir.Qeyd edək ki, Rusiyada iPhone 6-nın qiyməti (yaddaşın həcmindən asılı olaraq) 831,3 dollardan (652 manat) başlayaraq 1091 dollara qədər (855,8 manat), iPhone 6 Plus isə – 961,26 dollardan başlayaraq (754 manat) 1221 dollaraq qədər (957,7 manat) tərəddüd edir.Dubayda isə yeni devayslara qiymətlər 707,4 dollardan başlayır (554,8 manat).ANN.Az saytının əməkdaşları "Siz iphone 6-nın Bakıdakı qiymətlərindən razısınızmı?" mövzusu ətrafında sorğu keçirib.Həqiqətən, cazibədar qızlardan birinin dediyi kimi, iphone 6-nın qiymətinə kreditə avtomobil götürmək olar. Bizim ölkəmizin yenə dünyada analoqu yoxdur və bütün dünyadan irəlidəyik. Biz dünyanı sirli komponentlərdən düzənlənən kosmik qiymətlərlə təəccübləndiririk. Həm də bizim çox da yüksək olmayan maaşlarımızla Bakıda min manat yarıma telefon satılır! Belə telefona bu qədər pul vermək üçün xəstə olmaq lazımdır, - bakılıların əksəriyyəti belə hesab edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb