Smartfon asılılığından xilas olmağın yolu

10:30 | 23.09.2016
Smartfon asılılığından xilas olmağın yolu

Smartfon asılılığından xilas olmağın yolu

Hollandiyalı startapçı tərəfindən hazırlanmış "DistractaGone” adlı sadə qurğu smartfondan asılılığı azaldacaq. 

Smartfon asılılığından xilas olma üsulu çox sadə olsa da, amma son dərəcə səmərəlidir. İdeya müəllifləri layihənin reallaşdırılmasına lazım olan vəsaiti "Kickstarter”də toplayırlar.

ANN.Az ictnews.az-a istinadən xəbər verir ki, "DistractaGone” – bu, smartfonlar üçün xüsusi seyfdir: dörd qurğu yerləşdirmək mümkündür və "AA” tipli batareyalarla işləyir.

Asılılıqdan xilas olmaq üçün siz, sadəcə, smartfonu "DistractaGone” qurğusuna yerləşdirərək "taymer”i qurmalı, sonra isə üzərində qıfıl təsviri olan düyməni sıxmalısınız. "Taymer” bitməyənədək seyf açılmayacaq. Vaxt qurğunun qapağında qurulmuş ekranda əks olunur.

Qurğunun yaradıcıları bildirirlər ki, "DistractaGone” qurğusu dostlarla birlikdə vaxt keçirmək üçün mükəmməl vasitədir.






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM