SOCAR hasil etdiyi neft və qazın həcmini açıqladı

18:40 | 05.09.2017
SOCAR hasil etdiyi neft və qazın həcmini açıqladı

SOCAR hasil etdiyi neft və qazın həcmini açıqladı

Dövlət Neft Şirkəti hasil etdiyi neft və qazın həcmini açıqlayıb.

anews.az xəbər verir ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4336,9 min ton xam neft hasil edib.

7 ay ərzində SOCAR-ın neft hasilatının 631,5 min tonu iyul ayının payına düşüb. Hesabat dövründə Azərbaycan üzrə 22499,5 min ton neft hasil olunub ki, onun da 3339 min tonunu iyul ayının hasilatı təşkil edib. 

Qaz hasilatı isə 3458,2 mln. kubmetr həcmində olub. 7 ay ərzində SOCAR-ın qaz hasilatının 503,3 mln. kubmetri iyul ayının payına düşüb.

Hesabat dövründə Azərbaycan üzrə qaz hasilatının həcmi isə 16626,5 mln. kubmetr təşkil edib. Bu həcmin 2494,7 mln. kubmetri iyulda hasil olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb