"SOCAR Polymer" və "Qazprombank" əməkdaşlıq haqqında müqavilə imzalayıb - FOTOLAR

15:41 | 17.06.2016

"SOCAR Polymer" və "Qazprombank" əməkdaşlıq haqqında müqavilə imzalayıb - FOTOLAR

 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev və "Qazprombank" İdarə Heyətinin sədri Andrey Akimov Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb. 

"Report" "Qazprombank"a istinadən xəbər verir ki, müqavilə "SOCAR Polymer"in polipropilen və yüksək sıxlıqlı polietilein istehsalı  zavodlarının tikintisi üzrə QPB ilə birgə layihə üçün azot qurğusunun "Qazprombank" Qrupuna daxil olan "Kriogenmaş" ASC tərəfindən hazırlanması və tədarükünü nəzərdə tutur.

Qurğu həmin layihənin həyata keçirilməsi zaman "SOCAR Polymer"in yüksək təmiz qazşəkilli azota yaranan tələbatını təmin edəcək.
 
"Kriogenmaş" ASC-nin istehsalı olan azot qurğusu ən müasir texniki və mühəndis həllərə əsaslanır ki, bu da kapital xərclərini azaltmağa və aparıcı xarici şirkətlərin avadanlıqları ilə müqayisədə daha qənaətli istismarı təmin etməyə imkan verir. 

"Bu müqavilənin imzalanması "Qazprombank" qrupu və SOCAR arasında strateji tərəfdaşlıq və əməkdaşlığın nümunəsidir", - SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib. 
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM