"SOCAR Ukraynaya 200 milyon dollardan çox sərmayə qoyub"

14:28 | 14.07.2016

"SOCAR Ukraynaya 200 milyon dollardan çox sərmayə qoyub"

"Biz çox ciddi tapşırıqlar verdik və şübhəm yoxdur ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha yaxın olacaq və ticarət dövriyyəsi artacaq. Çünki ticarət dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Ukraynanı qane edir”.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

O deyib ki, danışıqlar nəticəsində birgə investisiya layihələri ilə bağlı tapşırıqlar verilib: 

"Hər iki ölkənin investisiya potensialının yenidən nəzərdən keçirilməsi üçün tapşırıq verilib, çünki bu məsələdə qarşılıqlı maraq mövcuddur”.
 
Azərbaycanın dövlət başçısı SOCAR-ın Ukrayna bazarında aktiv fəaliyyət göstərdiyini və Ukraynada 60-dan çox yanacaqdoldurma məntəqəsi açaraq, bu ölkəyə 200 milyon dollardan çox investisiya yatırdığını vurğulayıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb