Soçidə MDB ölkələri dövlət başçılarının sammiti keçirilir

15:00 | 11.10.2017
Soçidə MDB ölkələri dövlət başçılarının sammiti keçirilir

Soçidə MDB ölkələri dövlət başçılarının sammiti keçirilir

Rusiyanın Soçi şəhərində MDB ölkələri dövlət başçılarının sammiti başlayıb.
 
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə dövlət başçıları ilk olaraq məhdud çərçivədə görüş keçiriblər.  

Liderlər MDB çərçivəsində əməkdaşlığın əsas məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. Əsas diqqət təşkilatın, onun icra strukturlarının və orqanlarının bundan sonrakı fəaliyyətinin effektivliyini yüksəltməyə yönəldiləcək. MDB-də sədrliyin 2018-ci ildə Rusiyadan Tacikistana keçməsi haqqında qərar veriləcək. 
 
Toplantıda bir sıra çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır. Bu sənədlərə MDB çərçivəsində humanitar-mədəni, hüquq-mühafizə və hərbi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi aiddir. Bundan başqa, ailə institutu və ənənəvi ailə dəyərlərinə dəstək haqqında bəyanat qəbul olunacaq.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb