SOFAZ 2018-ci ildə daha yüksək gəlirlər gözləyir

15:00 | 11.04.2018
SOFAZ 2018-ci ildə daha yüksək gəlirlər gözləyir

SOFAZ 2018-ci ildə daha yüksək gəlirlər gözləyir

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri cari ilin ilk rübündə təxminən 2 milyard dollara qədər artıb.

Trend-in məlumatına görə, bunu fondun rəhbəri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, neftin qiymətləri fondun proqnozlarında qeyd olunan səviyyədən daha yüksəyə qalxıb.
Şahmar Mövsümov deyib: "Bu, əlbəttə, ilin sonuna qədər fondun əldə etdyi vəsaitlərə təsir edəcək. Bu artımın necə olacağı isə neftin qiymətindən asılı olacaq. Əgər qiymətlər elə bu səviyyədə olsa, ilk rübdə gəlirlər yüksək olacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM