Soçi Qış Olimpiadasında Azərbaycanı legionerlər təmsil edəcək

18:00 | 31.01.2014
Soçi Qış Olimpiadasında Azərbaycanı legionerlər təmsil edəcək

Soçi Qış Olimpiadasında Azərbaycanı legionerlər təmsil edəcək

2014-cü il fevralın 7-də Rusiyanın Soçi şəhərində start götürəcək XXII Qış Olimpiya oyunlarında Azərbaycanı 5 idmançı ilə təmsil olunacaq. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə veriləın məlumata görə, bu idmançıların hamısı legionerlərdir. Bu idmançılar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti, eləcə də xizəkçilər Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivaridir.Soçi Olimpiadasında iştirak edəcək nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva rəhbərlik edəcək. Qeyd edək ki, 95 ölkənin təmsilçilərinin qatılacağı Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti