Son 5 ildə dövlət büdcəsinin xərcləri 1,6 dəfə artıb

16:02 | 21.05.2022
Son 5 ildə dövlət büdcəsinin xərcləri 1,6 dəfə artıb

Son 5 ildə dövlət büdcəsinin xərcləri 1,6 dəfə artıb

Son 5 ildə (2017-2021-ci illər) dövlət büdcəsinin xərcləri 9827,9 milyon manat və ya 1,6 dəfə artıb.
 
Bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, strukturuna görə 2021-ci il dövlət büdcəsi xərclərinin 16588,4 milyon manatı və ya 60,5 faizi cari xərclərə (2020-ci illə müqayisədə 68,5 milyon manat və ya 0,4 faiz az), 8635,2 milyon manatı və ya 31,5 faizi əsaslı xərclərə (2020-ci illə müqayisədə 602,0 milyon manat və ya 7,5 faiz çox), 2198,8 milyon manatı və ya 8,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci illə müqayisədə 472,6 milyon manat və ya 27,4 faiz çox) yönəldilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb