"Şotlandiya müstəqillik qazanaraq Aİ-yə üzv ola bilər"

12:37 | 25.06.2016

"Şotlandiya müstəqillik qazanaraq Aİ-yə üzv ola bilər"

Şotlandiya təkrar referendum keçirərək Böyük Britaniyanın tərkibindən çıxmağın lehinə səs verərsə, Avropa İttifaqının 28-ci ölkəsi ola bilər.

"Report" xəbər verir ki, bu fikri rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə Avropa komissarı Günter Ettinger cümə günü "Euronews" telekanalına müsahibəsində deyib.

"Əgər Şotlandiya keçirilməsi ehtimal edilən referendumun yekununa görə müstəqil ölkə olarsa və quruma daxil olmağa əsas verən Avropa baza sazişlərindəki şərtləri yerinə yetirərsə, o zaman niyə də olmasın", - deyə Ettinger bildirib.

"Ola bilsin ki, Şotlandiya Avropa İttifaqının 28-ci ölkəsi olsun", - deyə o əlavə edib.

Cümə axşamı Böyük Britaniyada baş tutan referendumda Avrointeqrasiyanın əleyhdarları qalib gəliblər. Britaniyalıların 51,9%-i Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına səs veriblər, bunun əleyhinə isə 48,1% çıxıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb