Britaniyanın Şotlandiya əyalətinin müstəqillyinə dair referendumda səslərin sayılması davam etsə də, ilkin nəticələr müstəqlliyə “yox” deyənlərin qələbəsini göstərib. Şotlandiyanın Qlazqo şəhərində müstəqillik tərəfdarları 53-47 faiz nisbətində qalib gəlsələr də, demək olar bütün başqa seçki dairələrində “Yox” düşərgəsi üstünlük qazanıb.BBC-in açıqladığı son rəqəmlərə görə, indiyə qədər 32 vilayətdən 20-nin nəticələri açıqlanıb. Bu nəticələrə görə, ümumilikdə 965 790 adam (55,33 faiz) "Yox" kampaniyasını, 779 689 adam (44,67 faiz) isə "Hə" kampaniyasını dəstəkləyib. Bu ilkin nəticələrdən sonra funt sterlinqin qiyməti avroya nisbətdə iki il ərzində ən yüksək səviyyəyə qalxıb.Nəticələr Şotlandiya cəmiyyətinin müstəqillik barəsində az qala bərabər iki hissəyə bölündüyünü göstərir. Təhlilçilərin fikrincə, Britaniyanın bütövlüyünün qorunması son anda ölkənin bütün siyasi partiyalarının güclü həmrəy mövqedən çıxış etməsi olub.Hakimiyyətdə olan mühafizəkarlar və liberal-demokratlar, habelə müxalif leyboristlər yaxın gələcəkdə Şoptlandiyaya daha geniş muxtariyyət vəd ediblər. Bu da qeyd olunmalıdır ki, müstəqllik əleyhinə ən çox səs Şotlandiyanın BP-nin baş qərargahı yerləşən Aberdin də daxil olmaqla neft sənayesinin cəmləşdiyi regionlarda qeydə alınıb.Referendum ərəfəsində BP başda olmaqla bir çox iqtisadiyyat nəhəngləri Şotlandiya müstəqil olarsa, əyaləti tərk edəcəklərini bildirmişdilər. Bu da qeyd olunmalıdır ki, referendum öncəsi verilən rəy sorğularının nəticələri az qala dəqiq nisbətdə doğrulub.
Başqa bir əhəmiyyətli fakt budur ki, Şotlandiya referendumu səs verənlərin sayına görə müharibədən sonrakı dövrdə Britaniya üçün rekord olub. Referendumda elektoratın 87 faizindən çoxu iştirak edib.
NƏTİCƏLƏRWest Dunbartonshire - HƏ (54 faiz).Midlothian - YOX (56 faiz).Stirling - YOX (60 faiz).East Lothian - YOX (62 faiz).Falkirk - YOX (53 faiz).Angus - YOX (56 faiz).Dumfries və Galloway -YOX (66 faiz)Aberdeen - YOX (59 faiz)East Renfrewshire - YOX (67 faiz)East Dunbartonshire - YOX (61 faiz)North Lanarkshire- HƏ (51.1 faiz)South Lanarkshire - YOX (55 faiz)Perth və Kinross - YOX (60 faiz)
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !