Şoyqu Qafqazda qoşunları gücləndirməyə çağırıb

16:22 | 25.01.2017
Şoyqu Qafqazda qoşunları gücləndirməyə çağırıb

Şoyqu Qafqazda qoşunları gücləndirməyə çağırıb

Ukraynanın cənub-şərqindəki vəziyyət və Şimali Qafqazda beynəlxalq terror qruplaşmalarının fəaliyyəti ilə əlaqədar Cənub Hərbi Dairəsinin qoşunları gücləndirilməlidir.

Oxu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında müdafiə naziri Sergey Şoyqu bildirib.

O, dairə qoşunlarının döyüş heyətinin təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsinin, müqavilə üzrə hərbçi qəbulunun, eləcə də qoşunların yeni silah və hərbi texnika ilə təchizatının və hərbi infrastrukturun inkişafının zəruriliyini qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb