“S&P” “Azərenerji”nin reytinqini aşağı saldı

23:05 | 02.02.2016
“S&P” “Azərenerji”nin reytinqini aşağı saldı

“S&P” “Azərenerji”nin reytinqini aşağı saldı

"Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi "Azərenerji” ASC-nin qısamüddətli və uzunmüddətli kredit reytinqini "BBB-/A-3” səviyyəsindən "BB+/B”-dək endirib.
 
"APA-Economics” xəbər verir ki, bu barədə reytinq agentliyinin açıqladığı hesabatda bildirilir.
 
Reytinq üzrə proqnoz neqativ olaraq qalır.
 
Hesabatda bildirilir ki, agentlik "Azərenerji” ASC-yə verilən reytinqi "CreditWatch” siyahısından 90 gün ərzində çıxara bilər. Bunun üçün agentlik hökumətin ASC-yə verəcəyi zəruri dəstəklə bağlı daha detallı informasiya istəyir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb