• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda uşaqların şahmat yarışları başa çatdı - FOTOLAR

Bakıda uşaqların şahmat yarışları başa çatdı - FOTOLAR
07.09.2015 13:15
6 sentyabrda  Bakı şəhəri 2 №-li UGŞİM-də 2005 – 2008-ci il təvəllüdlü (10 yaşadək) uşaqlar arasında və 2000 – 2004-cü il təvəllüdlü (15 yaşadək) yeniyetmələr arasında keçirilən I (birinci) dərəcə uğrunda yarışlar başa çatıb.

ANN.Az xəbər verir ki, yarışlarda 65 nəfər (onlardan 11 nəfəri qızdır ) iştirak edib.

2005 – 2008-ci il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında keçirilən yarışda I yeri 7 xalla Əhmədov Ramil (2 №-li UGŞİM), II yeri 7 xalla Məmmədov Rəvan (2 №-li UGŞİM), III yeri 6,5 xalla Əkbərov Nihat (RİOEUGŞM), 2000 – 2004-cü il təvəllüdlü (15 yaşadək) oğlanlar və qızlar arasında keçirilən yarışda I yeri 7,5 xalla Talıblı Rövşən (HİRŞDK), II yeri 7 xalla İsrafilov Emil (3 №-li UGŞİM) və III yeri 6,5 xalla Şirməmmədov Cavid (2 №-li UGŞİM) tutub.

Yarışlarda həmçinin Əhmədov Ramil (2 №-li UGŞİM), Məmmədov Rəvan (2 №-li UGŞİM), Talıblı Rövşən (HİRŞDK) və İsrafilov Emil (3 №-li UGŞİM) I (birinci) dərəcə normasını yerinə yetirib.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, Bakı şəhəri 2 №-li UGŞİM-nin direktoru Elvin Hüseynov və digər rəsmi şəxslər qalibləri təbrik edib.  Yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar, medallar, xatirə hədiyyələri və kuboklarla təltif olunublar.
 






www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol