"Barselona"nın daha bir futbolçusu sıradan çıxdı

İspaniyanın "Barselona" klubunun futbolçusu Andres İnyesta 4 həftə oynamayacaq.
"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, təcrübəli yarımmüdafiəçi Çempionlar Liqasında qrup mərhələsinin Almaniya "Bayer"i ilə matçında zədələnib.
Görüş Kataloniya komandasının qələbəsi ilə yekunlaşıb - 2:1. Tibbi müayinə zamanı İnyestanın sağ ayağının dizaltı vətərində problem aşkarlanıb.
Qeyd edək ki, daha öncə "Barselona" Lionel Messinin də xidmətindən uzun müddətə məhrum olub. Argentinalı hücumçu 8 həftə müddətinə sıradan çıxıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Son xəbərlər 
Daha çox 






















