• $
  • €
  • ₽
  • ₺
  • £

London derbisində heç-heçə - VİDEO

London derbisində heç-heçə - VİDEO
09.11.2015 12:12
İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində "Arsenal" "Tottenhem"lə üz-üzə gəlib.

Futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində London derbisi baş tutub.

ANS PRESS-in məlumatına görə, "Arsenal" klubu "Emireyts" stadionunda digər London klubu olan "Tottenhem"i qəbul edib.

Oyunda hesab matçın 32-ci dəqiqəsində "Tottenhem"li futbolçular tərəfindən açılıb. Belə ki, "Tottenhem" klubunun hücumçusu Hari Keyn Denni Rouzun ideal ötürməsindən sonra Petr Çexi məyus etməyi bacarıb. 

Meydan sahiblərinin cavabı isə 77-ci dəqiqədə gəlib. Kiran Qibbs Məsut Özilin qapı önünə asmasından sonra fərqlənməyi bacarıb. Ancaq oyunda başqa qol vurulmayıb və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

"Arsenal" - "Tottenhem" oyunu

Ötən tur isə "topçular" səfərdə "Suonsi" ilə ilə qarşılaşıb. Oyun "Arsenal"ın "Suonsi" üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Tottenhem" isə ötən tur "Uayt Hart Leyn" stadionunda "Aston Villa" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.

12 turdan sonra aktivində 26 xal olan "Arsenal" klubu İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb, "Tottenhem" isə 21 xalla 5-cidir.


İngiltərə Premyer Liqasının turnir cədvəli

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
İdman 19:00
İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
İdman 23:41
“Qızıl top”un saytı səhvən qaliblərlə bağlı paylaşım edib
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
İdman 19:09
U-15 dünya çempionatı: Azərbaycan millisi Haiti yığmasına məğlub olub
Eldəniz Əzizli beşqat dünya çempionu olub
İdman 17:45
Eldəniz Əzizli beşqat dünya çempionu olub
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
İdman 09:07
Prezidentin sosial media hesablarında futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
İdman 22:59
Əliyev və FIFA prezidenti U-15 dünya çempionatının açılış mərasimində iştirak ediblər
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
İdman 21:05
Azərbaycanın U-16 millisi Bakıdakı dünya çempionatında böyükhesablı qələbə qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol